Şabranda hotel işçiləri qəzaya düşdü - 5 yaralı

Şabranda “Vaz 2106” və “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

Hadisə Pirəbədil kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və üç sərnişin xəsarət alıb. Hadisə zamanı “Vaz 2106”da olan üç nəfərin vəziyyəti ağır olduğu üçün onlardan biri Bakıda, ikisi Sumqayıtda yerləşən xəstəxanaya yerləşdirilib.

Digər avtomobildə olan iki sərnişin nisbətən yüngül xəsarətlə Şabran Rayon Xəstəxanasında saxlanılıb.

“Report”un məlumatına görə, qəzaya düşənlər “Şabran Hotel”in əməkdaşlarıdır. Hotel qəza baş verən kənddə yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ