Sabunçudan Bakıya hərəkət edən qatarlarda gediş haqqı 50 qəpik təşkil edəcək.
Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə AzTV-nin efirində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.
Cavid Qurbanovun sözlərinə görə, qatarda gediş haqqı avtobuslara nisbətən daha ucuz olacaq. Eyni istiqamətdə marşrut avtobuslarında gediş haqqı 60 qəpikdir.
“Dayanacaqları nəzərə almaqla Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqə ərzində çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq”.
Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.