Mehman Hüseynovun Oqtay Şirəliyevlə fotosu yayıldı - Blogerin təxribatı

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib.

Buta.media virtualaz.org-a istinadən xəbər verir ki, daha öncə Mehman Hüseynov özünün “Facebook” səhifəsində Cenevrənin hava limanında səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi fotoşəkli paylaşıb. 

Bloger iddia edib ki, nazir guya İsveçrəyə müalicəyə gəlib.

Pərviz Abubəkirov qeyd edib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, - Pərviz Abubəkirov deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ