Bakıda ana və qızı 9-cu mərtəbədən yıxıldı, qadın öldü

Qaradağ rayonunda ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıblar. Hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin balkonunda aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazimətini itirərək onunla birlikdə yıxılıb. 

Hadisə nəticəsində ana dərhal ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin saytımıza verdikləri məlumata görə, bədbəxt hadisə nəticəsində ölən ananın adı Pərvanə Tarverdiyevadır. Təxminən 35-40 yaşlı qadın müəllim imiş.  

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ