Narkotik qəbul edib “Galendewagen” sürən şəxs saxlanıldı - foto

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Qax RPŞ-nin DYP Bölməsi Gəncə sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobili nəzarət-yoxlama qaydasında saxlayıb.

Yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.

Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ