İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
F.Səfərlinin anası Dilarə Əsgərova bildirib ki, İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib.
Qərara əsasən F.Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
D.Əsgərova qeyd edib ki, oğlunun və vəkilinin məhkəmədə iştirakı təmin edilməyib. Onların məlumatı olmadan qərar qəbul edilib.