Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gənclərin avtomobildə təhlükə saçan davranışları ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib k, həmin videogörüntülərlə bağlı araşdırmalar aparılır:
“Təəssüf ki, edilən xəbərdarlıqlara baxmayaraq, yenə də belə halda nəqliyyat vasitəsini idarə edənlərə rast gəlinir. Nəticədə ağır faciələr yaşanır”.
E.Hacıyev sürücülərə müraciət edib:
“Qaydalara ciddi riayət etsinlər, özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.