Almaniya xarici işlər naziri Ermənistan və Azərbaycana səfər edəcək

Almaniya xarici işlər naziri Annalena Berbok bu həftə Ermənistan və Azərbaycana səfər edəcək.

Bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin Berlindəki nümayəndəsi məlumat verib.

“Nazir cümə günü səhər Ermənistan və Azərbaycana yola düşəcək. Əvvəlcə İrəvana gedəcək və orada həmkarı Ararat Mirzoyanla görüşəcək”, - deyə XİN nümayəndəsi bildirib.

Berbokun proqramına Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən erməniəsilli sakinlərin yerləşdirildiyi mərkəzə səfər də daxildir.

Noyabrın 4-də Annalena Berbok Bakıya uçacaq və burada onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqları, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü nəzərdə tutulub.

“Almaniya Federativ Respublikası regionda davamlı sülhün, siyasi və iqtisadi diversifikasiyanın tərəfdarıdır”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ