Bu gün Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərdə yerləşən parkdakı çinar ağaclarından birinin budağı qəfil sınıb.
Nəticədə sınmış budaq 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşüb.
23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.