Bərdədə amansız qətl - FOTO

Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

Bu barədə Report məlumat yayıb.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. 

Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və oradan uzaqlaşıb. 

R.Qarayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Qətl törədən şəxs Kətəlparaq kənd sakini Qurbanov Elçin Nazim oğlu polisə təslim olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ