“Elə olur ki, ata xərçəng xəstəsidir, ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin?!”
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib.
“Valideyn nə üçün övladının şad gününü görməsin?! Belə məsələlərə görə erkən nikah üçün nəzərdə tutulan istisnalar saxlanılmalıdır”, - deyə deputat vurğulayıb.
Deputat Razi Nurullayev isə əlavə edib ki, qızların erkən yaşda evləndirilməsi onların həyatını məhv etmək deməkdir: “Mən də valideynəm. Lakin bilsəm ki, öləcəyəm və ya xəstəyəm, heç bir zaman övladımın erkən yaşda evlənməsinə razı olmaram”.