Bakıda Türkiyə vətəndaşı qəzada öldü - Video

Bakıda yol qəzasında Türkiyə vətəndaşı ölüb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 22:20 radələrində 1997-ci il təvəllüdlü Tağıyev Məhəmməd Aydın oğlu idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yolu keçən piyada - 1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sabit Bildini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ