Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Buta.media məlumat verir ki, müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manat ayrılıb.
Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.