Qusarda zəlzələ olub.
Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 08:50-də Qusar stansiyasından 12 km cənubda Qusar rayonunda 3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Təbiət hadisəsi hiss olunmayib.