Qəbələdə qətl törədilib.
Buta.media məlumat verir ki, ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib.
Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.