Metronun yeni stansiyası nə vaxt açılacaq?

“Bakı Metropoliteni” QSC-nin növəti stansiyasında tikinti işlərinin daha bir mərhələsi yekunlaşdırılıb.

Qurumdan verilən məlumata görə, Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə Kliniki Tibbi Mərkəz arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

Stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ