Əli Əsədov Paşinyana cavab verdi

“Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib”.

Bu sözləri 4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Baş naziri Əli Əsədov Ermənistan Baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“Eyni zamanda keçən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalıb”, - Baş nazir qeyd edib.

Nəqliyyatla bağlı məsələlərə toxunan Ə.Əsədov Azərbaycanın 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddət çalışdığını, öz mövqeyini bildirdiyini vurğulayıb: “Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ