Bakıda kişi arvadını başqası ilə tutdu - Hər yeri qana boyadı

Mayın 19-dan 20-nə keçən gecə Bakının Xəzər rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub.

Buta.media xəbər verir ki, Xəzər rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 03:10 radələrində Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 42 yaşlı Rzayev Maral Məmmədağa qızı, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Əliyev Vasif Fərzəli oğlu və 59 yaşlı Nəbiyev Qəmər Nədi qızına bıçaqla hücum edib.

Nəticədə, Vasif Əliyev hadisə yerində keçinib. Qurbanın döş nahiyəsindən ölümcül bıçaq zərbələri aldığı bildirilir. Maral Rzayeva üç saylı kliniki xəstəxanada ağır vəziyyətdədir. Digər pasiyentlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaur Rzayevə gəlincə, onun saxlanıldığı bildirilir. Təqsirləndirilən şəxs polisə könüllü təslim olub. Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.

Bu arada, ilkin araşdırma nəticəsində saxlanılan şəxsin həyat yoldaşı Maral Rzayeva ilə boşandığı müəyyən edilib. Onlar yollarını ayırdıqdan sonra zərərçəkən Vasif Əliyevlə vətəndaş nikahında yaşayıb. Keçmiş həyat yoldaşının başqa kişi ilə səadət tapması Z.Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.

Dindirilmə zamanı o, qızı olan qadının başqa kişi ilə yaşamasının yolverilməz olduğunu bildirib. Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub. Əvvəl o, V. Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan M.Rzayevaya keçib. Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Qəmər Nəbiyeva da bıçaqla edilmiş hücumdan yan keçməyib.

Xəzər rayon Prokurorluğu fakt üzrə istintaq aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ