Tərtərdə minaya düşən kişinin qolu amputasiya edildi

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DIN-nin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ