Deputat, nazir müavini, indi də icra başçısı - Dosye

Prezidentin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1961-ci il təvəllüdlü F.Əliyev kənd təsərrüfatı elmləri namizədidir və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995–2000-ci illərdə Milli Məclisinin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

O, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini təyin edilib. Bu ilin martında həmin vəzifədən azad edilib. Yeni təyinatadək F.Əliyev fəaliyyətini ekologiya və təbii sərvətlər nazirinin müşaviri kimi davam etdirirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ