Tanınmış pediatr Xəyalə Quliyeva Misirdə ağır qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, X.Quliyeva qəza nəticəsində aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı onunla birgə avtomobildə olan həyat yoldaşı isə nisbətən yüngül xəsarətlər alıb.
Əməliyyat olunan X.Quliyevanın vəziyyətinin ağır olduğu bildirilir.