Xaçatryan məhkəmədə üzr istədi

“Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryan məhkəmədə deyib.

Xaçatryan bildirib ki, o, 1991-ci ilin iyunun 5-i polis tərəfindən tutulub, bir ay Şuşada saxlanılıb: “Bu həbs mənə dərs olub, ondan sonra bu məsələlərdən əl çəkmişəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ