Pedaqoji Universitetinin tələbəsi qəfil öldü - foto

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi Sahil Abbaslı qəfil vəfat edib.

Mərhumun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

ADPU-nun tarix fakültəsinin II kurs tələbəsi olan S.Abbaslı İmişli rayonunun Əliqulular kənd sakinidir.

Qeyd edək ki, oktyabrın 16-da AzTU-nun 1-ci kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev də universitetə gedərkən ürəktutmadan vəfat edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ