Şərur ticarət mərkəzində güclü yanğın olub - video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 4800 m² olan ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, qalan hissələr mühafizə olunub.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ