Masallıda və Xəzərdə zəlzələ olub

Bu gün yerli vaxtla saat 00:58-də Lənkəran stansiyasından 29 km şimalda - Masallı rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkanların ocağı 18 km dərinlikdə olub. Zəlzələ üç bala qədər hiss olunub.

Bundan əlavə yerli vaxtla 06:09-da  Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ