Bakının mərkəzində iyrənc mənzərə - VİDEO

Bakının Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən kənd təsərrüfatı yarmarkasından sonra ərazi zibilxanaya çevrilib.

Buta.media-nın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər BAKU.WS-ə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, Məzahir Rüstəmov küçəsində hər şənbə və bazar günü təşkil olunan yarmarkadan sonra bu ərazi keçilməz xarabalığa çevrilir.

“Ərazidən üfünət iyi gəlir, yolda zibil əlindən tərpənmək olmur. Satıcılar gedəndə zibilləri küçənin ortasına atırlar”, - deyə şikayətdə bildirilib.

Ərazidən çəkilən video görüntünü təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ