Tanınmış jurnalist Xədicə İsmayıl xərçəng xəstəliyindən əziyyət çəkir.
Bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.
Jurnalist qeyd edib ki, trioid vəzi xərçəngindən əməliyyat olunub: “Bir neçə aydır, görünmürəm. Səhhətimlə bağlı problemlər var, həll edirəm. Tiroid xərçəngindən əməliyyat olunmuşam. Hər şey yaxşı olacaq.
Artıq işə çıxıram, amma efirdə deyiləm. Səs tellərimin durumu imkan vermir. Müsahibə də verə bilmirəm”.