İş yerində intihar edən stomatoloqun görüntüləri yayıldı - foto

Xəbər verdiyimiz kimi, Yevlaxda 33 yaşlı həkim-stomatoloq Nicat Əjdərli intihar edib.

“Buta.media” mərhum həkimin fotolarını təqdim edir.

Qeyd edək ki, Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib.

Stomatoloji kabinet həkimin yaşadığı evin 1-ci mərtəbəsində yerləşirmiş.

Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ