“Ölkədə baş verən bütün prosesləri izləyirəm”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, Xankəndiyə bayrağımızın sancılması sevindiricidir:
“Hamımızın gözü, qulağı orada idi. Çox şükür. Xalq olaraq hər zaman o hisslərlə yaşamışıq”.
O qeyd edib ki, hazırda Ağsaqqallar Şurasının sədr müavinidir:
“Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimlə bağlı problemlərim var. O qədər də yaxşı deyiləm. Əməliyyat keçirmişəm”.