Fuad Abbasovun həbs xəbəri ilə bağlı - AÇIQLAMA

Rusiyanın tanınmış hüquqşünası Elman Paşayev jurnalist Fuad Abbasovla bağlı açıqlama verib.

Buta.media xəbər verir ki, musavat.com-a danışan vəkil F.Abbasovun saxlandığı anı əks etdirdiyi iddia olunan foto jurnalistə məxsus deyil:

“Dünən onu məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bir cinayət etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil. Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanlışdır”.

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və problem var, özü də ciddidir: “Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir”.

Vəkil Elman Paşayev musavat.com müxbirinə deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayına çıxacaq və hər şeyi özü danışacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ