İranla sərhəd yaxınlığında qorxunc mənzərə

Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.

Buta.media-nın məlumatına görə, “Report” xəbər verir ki, rayonun İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə aşkar edilib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ