“İbrahim mənim qardaşımla kirvədir” - Xaçatryan

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.

Qafqazinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda V.Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adıçəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib: 

“Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”.

Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ