Orxan Məmmədlinin özünü öldürməsinin səbəbi bilindi

Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.

Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.

“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, - məktubda qeyd olunub.

Orxan Məmmədlinin son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmədiyi bildirilir. O.Məmmədli özünü ofisdə asıb.

Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ