Elxan Nəcəfova yüksək vəzifə verildi

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elxan Nəcəfov, həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Nazir müavini bu gün kollektivə təqdim edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ