Qusarda iki nəfər göbələkdən zəhərlənərək öldü

Qusar şəhərində qidadan zəhərlənmə baş verib.

APA xəbər verir ki, Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ