Bakıda güclü yanğın - Yaralanalar var - FOTO + VİDEO

Bakının Xəzər rayonunda yanğın baş verib.

Buta.media məlumat verir ki, ONA-nın xəbərinə görə, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Baş vermiş yanğınla əlaqədar hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 4 nəfər hospitalizasiya edilib.

3 nəfər - iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir. #baku #bakuws video: @rasul_m_123__

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ