Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi - Video

Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 

İTV xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.

Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, -deyib. 

Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ