Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Buta.media xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd dək ki, T.Qaraşov 1959-cu ilin may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 

2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 

Mayın 20-də onun 60 yaşı tamam olur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ