Azərbaycan-İran sərhədində problem yaranıb - VİDEO

Azərbaycan-İran sərhədində yenidən problem yaranıb.

Buta.media xəbər verir ki, BAKU.WS-in sərhəddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında Astara istiqamətindəki keçid məntəqəsində, İran tərəfində yenidən problemlər yaranıb.

Belə ki, səhər saat 9-dan sonra İran tərəfi Azərbaycandan qarşı tərəfə keçmək istəyənləri buraxmır. Bildirilir ki, texniki problem yaranıb.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirdi ki, məsələ araşdırılacaq və tezliklə açıqlama veriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ