İtlər Xırdalanı işğal ediblər: Sakinlər evlərinə gedib-gələ bilmirlər - video

Abşeronda sahibsiz itlər maşınların üstünə çıxır, rahat şəkildə hərəkət edirlər.

Xezerxeber.az-ın məlumatına görə, sahibsiz küçə itlərinin bir neçəsi avtomobillərin üstündə, digərləri isə binaların həyətində özlərinə məskən salıb.

Sakinlərin kabusuna çevrilən sahibsiz itlərə əksər yaşayış binalarının girişində rast gəlmək mümkündür.

Vətəndaşlar bildiriblər ki, sahibsiz itlər onları bəzən evlərinə daxil olmağa qoymurlar. Sakinlər avtomobillərin alt hissəsindən qəfil çıxaraq insanlara hücum edən itlərin quduz olmasından ehtiyyat edirlər. 

Abşeron Rayon İcra Hakimiyyətindən mövzu ilə bağlı bildirilib ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.

“Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Layihənin tikintisi artıq həyata keçirirlir. Bu işlər başa çatdıqdan sonra problem öz həllini tapacaq. Sakinlərdən isə sahibsiz heyvanlara qarşı hümanist davranmağı, azyaşlı uşaqları isə diqqətsiz qoymamağı xahiş edirik”, - deyə İcra Hakimiyyətindən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ