Azərbaycanda dəhşətli yanğında beş nəfər ölüb - video

Hacıqabul rayonunun Navahı kəndində yanğın baş verib.

APA xəbər verir ki, yanğın nəticəsində yaşayış evinin damı uçub. Hadisə zamanı beş nəfər ailə üzvü - Abışova Aybəniz Yolçu qızı (1981), Abışova Sara (1950), Sadıqova Zəhra Elçin qızı (2010), Sadıqov Elgün Elçin oğlu (2012), Mahmudov Mütəllim Əliyar oğlu (1943) həlak olub.

Daha iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə üç yanğınsöndürən avtomobil cəlb olunub. Güclü külək alovla mübarizəni çətinləşdirib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ