Rusiya gəmiləri Bakı limanında - Fotolar

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ