Qənirə Paşayeva ölümündən əvvəl ağır əməliyyat keçirib - səs yazısı

Bir neçə gün bundan əvvəl vəfat etmiş millət vəkili Qənirə Paşayeva ilə bağlı səs yazısı yayılıb. Yayılan səs yazısında deputat xanım ağır əməliyyat keçirdiyini bildirir.

Manset.az-ın məlumatına görə, mərhum millət vəkili Qənirə Paşayeva ölümündən iki ay əvvəl məşhur bloqer Elçin Lənbaranskiyə atdığı səs yazısında özünün Türkiyədə ağır əməliyyat keçirdiyini, günlərdir xəstəxanada qaldığını, həkimlər tərəfindən yeni evə yazıldığını bildirib. 

O səsə yazısında ağır əməliyyatdan sonra Bakıya qayıtdığını bacısının evində olduğunu qeyd edib. Səs yazısında bloqerin deputat xanımdan Şuşaya səfərlə bağlı xahiş etdiyi məlum olur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ