DTX Azər Zeynalovun qandalladı - Vasif Talıbovun varisi Bakıya gətirildi

Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq Bakıya gətirilib.

Dia.az xəbər verir ki, bu haqda yaxın qohumları məlumat yayıb.

Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi.

A. Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun nəyə görə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur. Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün A. Zeynalovun  məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ