İran Azərbaycan səfirliyinin açılması üçün xahiş edib

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.

Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyib.

Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub. O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ