Tərtər rayon sakini minaya düşüb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Çaylı kəndi ərazisində baş verib.
Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Əldə etdiyimiz məlumata görə, Y.Hadıyev bundan əvvəl bir neçə dəfə azad olunmuş ərazilərə icazəsiz daxil olduğuna görə ona rəsmi xəbərdarlıq edilib. O, hətta bu ilin martında Tərtərin Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə minaya düşüb, sol ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.