Masallıda bazar yanır - video

Masallıda köhnə bazar ərazisində yanğın başlayıb.

İlkin məlumata görə, bazar ərazisində yerləşən mağazaların bir neçəsinə ciddi ziyan dəyib.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Qeyd edək ki, bazar 3 hektar ərazini əhatə edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ