Bakıda 18 yaşlı oğlan məktub yazıb həyatına son qoydu - video

Dünən səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2005-ci il təvəllüdlü E.Aslanov yaşadığı “Qobu Park” yaşayış kompleksinin yaxınlığında özünü asıb. Onun metal borudan asılı vəziyyətdə qalmış meyiti yaşayış kompleksinin yaxınlığındakı boş ərazidə tapılıb.

Bildirilir ki, E.Aslanov intihardan əvvəl məktub yazıb. O, evə qoyduğu məktubda yaşamaq istəmədiyini qeyd edib. Həmçinin ilkin məlumatda gənc oğlanın sevdiyi qızla problem yaşadığı da iddia edilir. 

O da bildirilib ki, bu günlərdə 18 yaşlı E.Aslanov həqiqi hərbi xidmətə yollanmalı imiş.

Faktla bağlı araşdırmalar aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ