Azərbaycana qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 16:00-a olan məlumatına əsasən Daşkəsəndə, Gədəbəydə, Gəncədə, Şəmkirdə, Ceyrançöldə, Balakəndə, Qəbələdə, Zaqatalada, Yevlaxda, Göyçayda, Sabirabadda, Lənkəranda, Astarada, Şəkidə, Qaxda, İsmayıllıda, Qobustanda, Qusarda, Xaltanda, Qrızda, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətdən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ