“Sülh danışıqları dərhal bərpa edilməlidir” - Elçin Əmirbəyov

“Azərbaycan və Ermənistan arasında sülh danışıqları dərhal bərpa edilməlidir”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunda Qarabağla bağlı keçirilən müzakirələr zamanı deyib.
Ətraflı

“Kommunikasiyaların bərpasını müzakirə etməliyik. Həmçinin, sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr də bərpa olunmalıdır. Hazırda Azərbaycan suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırıb. Ölkəmiz Qarabağ regionunun erməni sakinləri ilə dialoq aparır. Həmin dialoqda  reinteqrasiya planları öz əksini tapıb”, -  deyə E.Əmirbəyov qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ